HAQQIMIZDA

Azərbaycan Respublikası Prezidentinin 06 noyabr   2017-ci il tarixli 1665 nömrəli Fərmanı ilə səhmləri dövlətə məxsus olan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bundan başqa,  Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli Fərmanı ilə “Aqrarkredit” QSC “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzinə əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən  və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən Fərmanın əlavəsində göstərilən  hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı yeni yaradılmış Korporasiyaya verilmişdir.

Sözügedən Fərmanın müddəalarına uyğun olaraq, “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən “İnter Glass” ASC-nin aktivləri və əmlakı sonuncunun  bazasında yaradılmış “ASK Şüşə” MMC-yə verilmişdir.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanında yerləşən müəssisə  22 ha ərazidə yerləşir və  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib.  Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya  və anbardan ibarətdir. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.

“ASK ŞÜŞƏ” MMC boş şüşə məmulatlarının istehsalı ilə məşgul olur.  Müəssisə  şüşə istehsalında illik istehsal gücü 80-85 milyon ədəd şərti şüşə qabdır.

Hal-hazırda müəssisədə ümumilikdə 230 nəfərdən çox yerli  və  xarici mütəxəssis çalışır. Bundan başqa müasir avadanlıqlarda istehsal edilən məhsulun yüksək keyfiyyəti və çəkisinin yüngül olması ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətləri bizimlə iş birliyinə sövq etmişdir.

Şüşə məmulatları istehsal edən zavodun yaradılmasının əsas məqsədi ölkəmizdə şüşə məmulatları üçün tələbatın artmasıdır.

FOR PARTNERSHIPS

We'll do everything we can to make our next best project!

TOP