www.ask-glass.com
T: (+99412) 565 71 90
Email: office@ask-glass.com
ASK GLASS LLC
AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25
Səməd Məmməd oğlu Nəbiyev 7 iyun 1961-ci ildə Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra təhsilini Rusiya Federasiyasının Moskva şəhərində davam etdirmişdir. 1984-cü ildə mühəndis ixtisası üzrə Moskva Energetika İnstitutunu, 1990-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasında aspiranturani bitirmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Energetika, maşınqayırma, elektrotexnika və s. istehsalat sahələrində mühəndis, baş energetik, direktor və digər vəzifələrdə o cümlədən dövlət və özəl qurumlarda işləmişdir. 28 yanvar 2019-cu ildə “ASK ŞÜŞƏ”MMC-yə İstehsalat üzrə direktor müavini təyin edilmişdir. Bir sıra elmi məqalələrin və ixtiraların müəllifidir. Maraq dairəsi istehsalatın təşkili, elmi-texniki yeniliklərin tətbiqi və gənc mütəxəssislərin yetişdirilməsi sahələrini əhatə edir.