“Ask Şüşə”MMC-nin balansında olan və hazırda tikilməkdə olan “Hazır məhsul anbarı” binası barədə
ARAYIŞ
“Hazır məhsul anbarı” binasının tikintisinə tələb, zavodda istehsal olunan məhsulun satışaqədərki zaman kəsiyində mövcud normalar əsasında açıq atmosfer şəraitindən mühafizə edilməsi zəruriyyətindən irəli gəlmişdir. Anbarın tikinti-quraşdırma işlərinə 2018-ci ilin oktyabr ayından başlanmışdır.Anbarın daxili sahəsi-7855.46kvm,ümumi həcmi-66126.00m3-dir.Anbar bir mərtəbəlidir.İlkin hesablamalara görə anbarda 9000000 ədədə yaxın şərti butulkanın müvəqqəti saxlanması nəzərdə tutulmuşdur.
“Hazır məhsul”anbarı müasir dövrün tələbinə cavab verməklə fərqlənir,belə ki,burada saxlanacaq məhsulun keyfiyyətində dəyişiklik yaranması hallarına yol verməmək üçün daxidə təbii havalandırma və yanğından mühafizə sistemləri quraşdırılıb.Hazır məhsulun çeşidlər üzrə rahat və normal yığılması eyni zamanda yük nəqliyyat vasitələrinin anbara rahat girişi,yüklənməsi üçün müfəssəl şərait yaradılıb.