KİMYƏVİ LABORATORİYA

Laboratoriyamız şüşə istehsalı üçün istifadə olunan xammaddələrin və hazır məhsul nümunələrinin fiziki və kimyəvi analizlərini aparmaq və istehsalatın keyfiyyət göstəricilərinin güvənini təmin etmək üçün fəaliyyət göstərir. Aparılan analizlər sayəsində proseslər, etibarlı, sürətli, maneəsiz bir şəkildə daha təsirli, yüksək performanslı və keyfiyyətli məhsul istehsal olunur.

Laboratoriyamız mütəxəssislər tərərəfidən nümunələrin xammaddə girişindən son nümunə çıxışına qədər olan müddətdə bütün yoxlama və analizləri aparmaqla ən yüksək keyfiyyətli nümunələrin istehsalını təmin etməkdədir. İstehsal olunan nümunələr yoxlanılaraq xəta % - i minimuma endirilir və bunun nəticəsində müştəri məmnuniyyəti yüksək səviyyəyə qaldırılır.

Bütün istehsal olunan nümunələr və xammaddələr üçün fiziki və kimyəvi metodlar ilə analizlər təmin olunur.İstehsalatın hər mərhələsində analizlər təyin olunur.

Periodik olaraq şıxta-ilkin qarışıq analizi, suyun codluğunun təyini, xammaddələrin nəmlik analizi aparılır.


Laboratoriyamızda aparılan aşağıdakı analizlərlə tanış olaq:

İstehsalata daxil olan xammaddənin nəmlik %-i ölçülür. Hər bir xammaddəyə uyğun olaraq nəmlik göstəricisi mövcuddur.Movcud standartlara ГОСТ-lara əsasən nəmlik aralığı təyin olunur. Nəticə verilmiş göstəricilərə uygun gəlmədikdə xammaddə kənarlaşdırılır- qəbul edilmir.

Şüşənin daxili və xarici səthlərinin suya davamlılığının təyini.

Laboratoriyamızda hazir məhsul nümunələrinin daxili və xarici səthlərinin suya davamlılığının təyini analizi aparılır. Hər partiyaya uygun olaraq nümunələr götürülür, fiziki və kimyəvi metodlarla analiz edilir. Aparılan analizlərin nəticəsinə uyğun olaraq ГОСТ-a əsasən istehsal olunan şüşənin növü təyin olunur.Uyğunsuzluq baş verdikdə kənarlaşdırılır.

 

Suyun analizi

Sobada təxmini 1500 dərəcə tempratur olur. Sobada olan elektrodların soyudulması üçün su istifade olunur. Suyun codluğunun analizi gündəlik olaraq laboratoriyamızda mütəxəsislər tərəfindən aparılır. Normadan kənaraçıxma baş verdikdə operatorlara xəbərdarlıq olunur.

Lazımı tədbirlər görülür. Əks halda borularda paslanmanın, ərplərin yaranmasına səbəb ola bilər.

Laborator analizlər nəticəsində təyin olunmuş hər cür problem əsasən istehsalla əlaqəli bütün problemlər yarandıqda lazımı şöbələrə bildirilərək müdaxilələr olunur və həll olunur.

YUXARI