ƏHALİDƏN İSTEHSALAT ÜÇÜN ŞÜŞƏ QIRINTISININ QƏBULU QAYDALARI

İstehsalat xərclərinin optimallaşdırmaq məqsədi ilə şüşə qablaşdırmaların emalı zamanı texnoloji prosesdə şüşə qırıntısının istifadəsinə icazə verilir. İstifadə edilən şüşə qırıntısının keyfiyyət göstəricilərinə görə ГОСТ Р 52233-2004-də əks edilən tələblərə cavab verməlidir.

Qəbul edilən şüşə qırıntısı iki növə bölünür. Şüşə qırıntısı partiyalarla qəbul edilməlidir. Hər partiyanın həcmi 1500 kg-da az olmamalıdır. Şüşə qırıntısı zədələnmiş və və ya istifadə edilmiş şüşə qablaşdırmaları ola bilər.

Qeyd: Şüşə paketlərin, səthi güzgülü olan və lövhəli şüşələrin qəbulu qadağandır!

Şüşə qırıntısının təchizatçısı fiziki şəxs (VOEN) olmadıqda öncədən razılaşdırılmış qiymət əsasında  ödəniş nəğd yolu ilə aparılır. Təchizatçı fiziki şəxs olduqda, müqavilə bağlanır və müqavilə şərtlərinin əsasında ödəniş köçürülmə yolu ilə aparılır. Təchizatçı fiziki şəxs olub olması barəsində məlumat maliyyə şöbəsi tərəfindən vergilər nazirliyinin rəsmi internet səhifəsindən (https://www.e-taxes.gov.az/) şüşə qırıntısının satınalma və qəbul prosesindən öncə təyin edilir. Bunun üçün şüşə qırıntısının satınalma və qəbul prosesinə cavabdeh şəxs tərəfindən maliyyə şöbəsinə təchizatçının şəxsiyyət vəsiqəsi və ya onun sürəti təqdim edilir.

Şüşə qırıntısı ilə yüklənmiş nəqliyyat vasitəsi müəssisəyə daxil olduqda çəkisi təyin edilir. Şüşə qırıntısının qəbulu zamanı laboratoriya əmakdaşları tərəfindən gətirilən şüşə qırıntısının keyfiyyət göstəriciləri yoxlanılır. Şüşə qırıntısının keyfiyyət göstəriciləri ГОСТ Р 52233-2004-də əks edilən tələblərə cavab vermədikdə laboratoriya əmakdaşları qəbulu dayandırır. Şüşə qırıntısının keyfiyyət göstəriciləri ГОСТ Р 52233-2004-də əks edilən tələblərə cavab  verdikdə nəqliyyat vasitəsi boşaldılır və təkrar olaraq çəkisi təyin edilir. Çəki fərqlərinin əsasında qəbul edilən şüşə qırıntısının çəkisi təyin edilir.

Şüşə qırıntısının satınalmasına və qəbuluna cavabdeh şəxs tərəfindən laboratoriyaya bildiriş və şəxsiyyət vəsiqəsinin sürəti verilir.  Bildirişdə aşağıda qeyd edilən məlumat əks edilir:

  • Nəqliyyat vasitəsini giriş və çıxış tarixi/saatı;
  • Təchizatçı barəsində məlumat (ad, soyad, əhali/fiziki şəxs, nəqliyyat vasitəsinin dövlət nişanı);
  • Qəbul edilən şüşə qırıntısının çəkisi.

Laboratoriya əmakdaşları tərəfindən bildiriş əsasında rəy tərdib edilir.

Laboratoriya rəyi, bildiriş və təchizatçının şəxsiyyət vəsiqəsinin sürəti şüşə qırıntısının satınalmasına cavabdeh şəxs tərəfindən ödənişin aparılması məqsədi ilə maliyyə şöbəsinə təqdim edilir.

Şüşə qırıntısının qəbulu və boşaldılması zamanı fərdi mühafizə vasitələrdən (baş örtüyü, əlcək, maska, qoruyucu eynək, qoruyucu ayaqaabı) istifadə etmək mütləqdir.

Kənardan alınan şüşə qırıntısı üçün spesifikasiya
ГОСТ 34035-2016 üzrə

1. Xammalın adı Şüşə qırıntısı
2.Ümumi məlumat Təkrar emal üçün nəzərdə tutulmuş şüşə qırıntısı
3.İstehsalçı ölkə, Firma Yerli təchizatçı
5.Saxlanma şəraiti Növlərin qarışmamasını təmin edən bərk səthli meydancalarda
6.Saxlanma müddəti Müddətsiz
7.Qablaşdırma Hər növ qablaşdırma üsüllarına icazə verilir. Qablaşdırılmamış mal qəbul edilə bilər
8. Xarici görünüşü Birtərkibli olmayan, müxtəlif ölçülü şüşə qırıntıları
8.1 Keyfiyyət göstəriciləri 1-ci növ 2-ci növ
8.2 Rəngi Rəngsiz, şəffaf
8.1 İri ölçülü ayna, güzgü, metal fayberləri, metalik hissəciklər və tıxaclar, keramika, farfor, kömür, kərpic, daş, çınqıl, beton, asfalt olmamalı 2%-dək
8.2 Kağız, karton və digər üzvi qarışıqlar 0,5 %-dək 10%-dək
8.3 Rəngli şüşə qırıntısı 0,5 %-dək 1 %-dək
8.4 Qum, qil və digər həll olunmayan qatışıqlar olmamalı 2%-dək

Qeyd: 1-ci növün qiyməti 100 AZN; 2-ci növün qiyməti 90 AZN.

YUXARI