HAQQIMIZDA

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli, 2979 nömrəli Sərancamının icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 fevral 2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan “ASK Şüşə” Məhdud Məsuliyyətli Cəmiyyəti “Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq “ASK Şüşə” MMC-nin bütün hüquq və öhdəlikləri onun hüquqi varisi olan “Qaradağ Şüşə Zavodu” ASC-yə keçmişdir.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 25 ünvanında yerləşən müəssisə  22 ha ərazidə yerləşir və  İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz edilib.  Burada 120 tonluq şüşəbişirmə sobası, əlavə korpus və sexlər yerləşir. İstehsalat sahəsi yeni sistemli qablaşdırma sexi, laboratoriya  və anbardan ibarətdir. Müəssisə regionda ən geniş imkanlara sahib olan istehsalçıdır. Əsas xammalın müəyyən hissəsi ölkədaxili, müəyyən hissəsi isə Rusiya, Ukrayna və Türkiyədən gətirilir.

“QARADAĞ ŞÜŞƏ ZAVODU” ASC boş şüşə məmulatlarının istehsalı ilə məşgul olur.  Müəssisə  şüşə istehsalında illik istehsal gücü 80-85 milyon ədəd şərti şüşə qabdır.

Hal-hazırda müəssisədə ümumilikdə 191 nəfərdən çox yerli  və  xarici mütəxəssis çalışır. Bundan başqa müasir avadanlıqlarda istehsal edilən məhsulun yüksək keyfiyyəti və çəkisinin yüngül olması ölkəmizdə fəaliyyət göstərən bir çox şirkətləri bizimlə iş birliyinə sövq etmişdir.

Şüşə məmulatları istehsal edən zavodun yaradılmasının əsas məqsədi ölkəmizdə şüşə məmulatları üçün tələbatın artmasıdır.

ƏMƏKDAŞLIQ ÜÇÜN

Keyfiyyətli məhsullarımız və xidmətimiz ilə əməkdaşlıq təklifinizə açığıq.

YUXARI